“ALZA-FISH” MMC-nin akvakultura infrastrukturunun yaradılmasına son 5 il ərzində ümumi həcmi ... milyon ABŞ dolları təşkil edən investisiya qoyulub.
“ALZA-FİSH” MMC-nin balıqartırma və balıqyetişdirmə kompleksində qapalı su təchizatı sistemi əsasında Xəzər dənizindən xüsusi borularla çəkilmiş dəniz suyundan istifadə olunur. İstehsalat sahəsinə verilən su mexaniki və bioloji təmizləmə, ultrabənövşəyi şüalanma və ozonlaşdırmadan keçirilir.
Akvakultura kompleksində nərə cinsli balıqların inkubasiya sahələri, balıq sürfə və körpələrinin yetişdirilməsi üçün 300 ədəd kiçik hovuz- lar, balıqların əmtəə ölçülərinə kimi yetişdirilməsi üçün 764 ədəd iri hovuzlar, nərə balıqları kürüsünün yetkin mərhələsinə çatdırılması üçün xüsusi bölmə, 27 ton qara kürünün alınması və qablaşdırılması bölməsi, 200 ton balıq ətinin saxlanılması üçün soyuducu anbarları, balıq yeminin saxlanılması anbarları, elmi-texniki laboratoriya, yeməkxana, ofis binası, işçilərin standart səviyyədə işləməsi və istirahəti üçün digər lazımi infrastrukur və yardımçı təsərrüfat sahələri yaradılmışdır.
Alza Fish olaraq biz Xəzər dənizindən əldə edilən təbii su ilə qurulmuş geniş akvakultura təsərrüfatımızda, sağlam və keyfiyyətli balıqlar yetişdiririk.
2024-cü ildə CİTES-in reyestrində qeydiyyata alınıb.
2025-cü ildə Qida Təhlükəsizliiy Agentliyində qeydiyyata alınıb.
Bloq
Ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.